Rusiyanın Ermənistana silah tədarükü məsələsi həll oluna bilər.
İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın prinsiplərinə və imzaladığı sənədlərə sadiq qaldığını göstərmək şansı var.
O qeyd edib ki, əgər öhdəliklər yerinə yetirilmirsə və onların həyata keçirilməməsi faktdırsa, Ermənistan maraqlarını qorumalıdır.
Xatırladaq ki, dekabrın əvvəlində Ermənistan müdafiə nazirinin müavini Hraç Sarqsyan bildirmişdi ki, Ermənistan Rusiyanı pulu ödənilən, lakin təhvil verilməyən silahlara görə məhkəməyə vermək niyyətində deyil. Rusiyaya ödənilən vəsaitin dəqiq məbləği rəsmi olaraq açıqlanmasa da, bəzi mənbələrə görə bu, 250 milyon ABŞ dolları, bəzilərinə görə isə təxminən 400 milyon ABŞ dollarıdır.