Vasif Həsənli: “Növbədənkənar Prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir”backend

Vasif Həsənli: “Növbədənkənar Prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə qarşıya qoyduğu bütün hədəflərə nail olub. Azərbaycanı beynəlxalq siyasətdə nüfuzlu ölkəyə çevirib, iqtisadi inkişafa, sosial rifaha nail olub və ən böyük hədəfimiz olan ərazi bütövlüyümüzün bərpasına, suverenliyimizin təmin edilməsinə nail olub.
5 il öncə – 2018-ci ildə yenidən Prezident seçilən İlham Əliyev torpaqlarımızın azad ediləcəyini bir daha bəyan etdi. Əslində, bu, hədəfimizə nail olmaq istiqamətində son tamamlayıcı mərhələ idi, buna qədər hərbi və iqtisadi qüdrətimiz təmin edilmişdi.

 

 

Bundan sonra son mərhələ başlanırdı və prezident seçiləndən cəmi iki il sonra – 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi ilə tarixi zəfərə imza atdı. Ərazi bütövlüyümüz bərpa olundu. Bundan cəmi üç il sonra – 2023-cü ilin 20 sentyabrında suverenliyimiz təmin edildi.
İndi Azərbaycanın tarixində yeni mərhələ başlayır. Fikrimcə, növbədənkənar Prezident seçkilərinin keçirilməsi də bu yeni dövrə Azərbaycanı daha güclü şəkildə aparmaq, hədəflərə nail olmaqdır.
Bu seçkilərdə ən mühüm məqam müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçki prosesinin respublikanın bütün ərazisində keçiriləcəyidir. Bu seçkilər tarixi əhəmiyyətli hadisə olacaq, eyni zamanda, ərazi bütövlüyümüz və suverenliyimizin təsbitidir.