KİV: “Ukraynaya yardımın həcmi minimal həddə düşüb”backend

KİV: “Ukraynaya yardımın həcmi minimal həddə düşüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya yardımın həcmi hərbi əməliyyatlar başlayandan bəri minimal həddə düşüb.

İnterpress.az “Blomberg”ə istinadən xəbər verir ki, bu barədə Kiel Universitetinin Dünya İqtisadiyyatı İnstitutunun hesabatında qeyd olunub.

Bildirilib ki, bu ilin avqustundan oktyabr ayına qədər dəstək keçən ilin eyni dövrü ilə müqayisədə 90% azalaraq 2,3 milyard dollara düşüb.

Qeyd olunub ki, bu məbləğ 2022-ci ilin yanvarından bəri ən aşağı göstərici olub.

Nəşr iddia edir ki, Ukrayna ABŞ, Almaniya, Skandinaviya ölkələri və bəzi Şərqi Avropa ölkələrinin maliyyə dəstəyindən getdikcə daha çox asılı vəziyyətə düşür.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.