Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində Qəzza zolağında 132 əməkdaşının həlak olduğunu açıqlayıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Dekabrın 4-də Qəzzanın şimalındakı Beyt Lahiya və məcburi köçkün fələstinlilərin Qəzza şəhərində sığındığı 2 məktəbə birbaşa, Deyr əl-Belah və Nusayrat bölgələrində isə 2 məktəbə dolayısı ilə vurulduğu bildirilib.
Dekabrın 5-də UNRWA-nın daha 2 əməkdaşının öldürülməsi ilə 7 oktyabrdan bəri İsrailin hücumları altında Qəzza zolağında həyatını itirən UNRWA işçilərinin sayının 132-yə yüksəldiyi bildirilib.
Açıqlamada Qəzza zolağında əhalinin 85 faizini təşkil edən 1,9 milyon fələstinlinin didərgin düşdüyü, dekabrın 5-dən etibarən isə 1,2 milyon qaçqın fələstinlinin Qəzza daxilində UNRWA-nın 155 obyektinə sığındığı qeyd edilib.
Bəyanatda 1 milyon köçkünün Qəzza zolağının mərkəzi hissəsində, cənubda Xan Yunis və Rəfahda yerləşən 98 UNRWA obyektində qaldığı və bu 98 obyektdən 64-nün Xan Yunis və Rəfahda olduğu bildirilib.
Yardım göstərildi
UNRWA-nın yardımı ilə bağlı açıqlamada 21 oktyabr-4 dekabr tarixləri arasında 1,3 milyon dollar dəyərində 10 min 59 ton un, 323 ton dərman və tibbi ləvazimat, təxminən 10 milyon litr su, 2,5 milyon yüksək enerjili peçenye olduğu bildirilib. 990 min zülal əsaslı konservləşdirilmiş qida və 1,9 milyon pendir paylandığı qeyd edilib.
Ərzaq yardımından əlavə 23 min 25 çarpayı, 36 min 680 ailə gigiyena dəsti, 1,1 milyon uşaq bezi, 47 min 530 ədyal və 90 min 240 təmizlik materialının paylandığı bildirilib.