Fransanın qaçaqmalçılıq yolu ilə gətirdiyi sənədlər Əlcəzairə qayıdırbackend

Fransanın qaçaqmalçılıq yolu ilə gətirdiyi sənədlər Əlcəzairə qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəmləkəçiliyə müqavimət göstərən xalq qəhrəmanlarının papaqlarından sonra Əlcəzair Fransanı başqa bir məsələdə daha bir geri addım atmağa məcbur edib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Onilliklər boyu yeraltı və yerüstü sərvətlərdən istifadə edən Fransa qaçaq yolla gətirdiyi 2 milyon tarixi sənədi Əlcəzairə qaytaracaq.
Fransa 1524-cü ildə başladığı müstəmləkəçilik fəaliyyəti ilə Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni işğal edib. Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qalıb.

Şimali Afrika ölkəsi Əlcəzair hər sahədə Fransız müstəmləkəçiliyini hiss edən ölkələrdən biri idi. Əsrlər boyu yeraltı və yerüstü sərvətləri Parisə daşınan ölkədə aparılan nüvə sınaqlarında minlərlə insan həyatını itirib.

Fransız müstəmləkəçiliyi ictimai, siyasi, iqtisadi və hərbi sahədəki fəaliyyətləri ilə ölkəni özünə tabe edərkən, mədəni sahədəki fəaliyyəti ilə də Əlcəzairə böyük zərbə vurub

İş o yerə çatıb ki, qanlı istiqlal müharibəsindən sonra azadlığını əldə edən Əlcəzair öz ölkəsindən oğurlananı Parisdən belə geri ala bilməyib.

2 milyon tarixi sənəd

Fransız müstəmləkə dövrünün (1830-1962) “Yaddaş faylı” adlanan sənədləri Əlcəzairin uzun illərdir almaq istədiyi sənədlər arasında idi.

Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun ötən il ölkəsinin Fransa müstəmləkəçiliyini araşdırmaq üçün Əlcəzair-Fransa Birgə Tarixçilər Komitəsinin təyin edildiyini açıqlaması bu baxımdan mühüm addım idi.

Aylarla davam edən danışıqlardan sonra Fransa prezidenti Emmanuel Makron Əlcəzair prezidenti Əbdülməcid Tebbun ilə telefon danışığında fayllar üzərində işlərin davam etdirilməsi lazım olduğunu vurğulayıb.

Noyabrın 22-də Əlcəzair-Fransa Birgə Tarix və Yaddaş Komitəsinin Konstantin şəhərində keçirilən “Arxiv sənədləri, biblioqrafiya, xronologiya və talan edilmiş əmlakların bərpası” adlı iclasdan sonra razılıq əldə olunub.

Əlcəzair dövlət radiosunun xəbərinə görə, Əlcəzairin Tarix və Yaddaş Komitəsi ilə Fransa Tarix və Yaddaş Komitəsi müstəmləkə dövründən rəqəmsallaşdırılmış 2 milyon sənədin Əlcəzairə qaytarılması ilə bağlı razılığa gəlib.

Müqavilə çərçivəsində Fransaya qaçaq yolla gətirilən Osmanlı dövrünə aid 5 metr diametrli 29 rulon və 13 rekord dəftəri ilə bəzi yağmalanmış mülklərin Əlcəzairə qaytarılacağı da bildirilib.

Razılaşmada qeyd olunan sənədlərin Əlcəzairə nə vaxt və necə qaytarılacağı ilə bağlı təfərrüatlar daxil edilməyib.