Kreml: “İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi Türkiyənin suveren qərarıdır”backend

Kreml: “İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi Türkiyənin suveren qərarıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqlənməsi Türkiyənin suveren qərarıdır.

İnterpress.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür. Bu, açıq-aydın faktdır. Onun öz öhdəlikləri, bu Alyansla bağlı müttəfiqləri ilə danışıqlar prosesi var. Bu, Türkiyənin suveren qərarıdır”, – o bildirib.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə parlamenti İsveçin alyansa qoşulması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.