“Ermənilərin Qarabağdan guya sülhməramlıların hərəkətsizliyi ucbatından getdiyini söyləmək yanlışdır” – Lavrovbackend

“Ermənilərin Qarabağdan guya sülhməramlıların hərəkətsizliyi ucbatından getdiyini söyləmək yanlışdır” – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlılarının hərəkətsizliyi ucbatından ermənilərin Qarabağdan çıxarılması ilə bağlı bəyanatlar düzgün deyil”.

İnterpress.az xəbər verir ki, bunu “Sputnik”, “Moskva danışır” və “Komsomolskaya pravda” radiostansiyalarına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Ermənilərin Rusiya sülhməramlılarının hərəkətsizliyi ucbatından Qarabağı tərk etmələri barədə deyilənlər doğru deyil.

“Ermənilərin Qarabağı sanki sülhməramlılarımızın hərəkətsizliyi ucbatından tərk etdiyini söyləmək yanlışdır.

Bu cavabı əvvəldə dediyimlə yekunlaşdırmaq istərdim. Nikol Vovayeviç Paşinyan deyib ki, onlar Rusiya ilə əldə etdiklərini yüksək qiymətləndirirlər.

Rusiyanın təhlükəsizlik, iqtisadiyyat, suverenlik üçün etdiklərini qiymətləndirməmək çətindir. Münasibətlərimizdə nə olub və varsa, onu qiymətləndirmək lazımdır.

Ümid edirəm ki, o, Rusiya prezidenti Vladimir Putinlə təmas quracaq. Orada bizim qərbli bədxahların qusdurduğu arqumentlər olmadan səmimi müzakirələr aparmaq mümkün olacaq”, – Lavrov vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az