Türkiyənin Kosmik Agentliyinin paytaxt Ankarada təşkil etdiyi Kosmik Texnologiyalar Konfransı növbəti il Bakının ev sahibliyi etməsi üçün Azərbaycana təhvil verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) məlumat yayıb.
Bildirilir ki, Beynəlxalq Astronavtika Konqresindən sonra ölkəmizin əldə etdiyi təcrübə növbəti regional və qlobal kosmik tədbirlərin ev sahibi kimi çıxış etməyə imkan verir. İkigünlük proqramı əhatə edən Kosmik Texnologiyalar Konfransı əsasən Mərkəzi Asiya regionunun kosmik agentlikləri, bu sahədə kommersiya fəaliyyəti göstərən şirkətlər, bir sözlə inkişaf etməkdə olan regional kosmik ölkələr üçün əməkdaşlıq platformasıdır.
Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının növbəti görüşü gələn il Bakıda keçiriləcək.