Din xadimləri Ermənistanı yeni müharibəyə sürükləməyə çalışırlar.
İnterpress.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanda hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputat Artur Hovhannisyan deyib.
O, bu cəhdləri Ermənistan dövlətçiliyinə qarşı aparılan proseslər kimi qiymətləndirib.
Deputat həmçinin qeyd edib ki, delimitasiya və demarkasiya prosesi mümkün eskalasiya riskini azalda bilər.