Ali Radanın sədr müavini: Ərazilərin minalardan təmizlənməsi Azərbaycanla Ukraynanı birləşdirən problemdirbackend

Ali Radanın sədr müavini: Ərazilərin minalardan təmizlənməsi Azərbaycanla Ukraynanı birləşdirən problemdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi Azərbaycan və Ukraynanı birləşdirən problemdir.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri ilə görüşdən sonra sosial şəbəkədə yazıb.

“İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bizi birləşdirən humanitar problemdir. Mən Ukrayna və Ali Radanın adından humanitar minatəmizləmə prosesində Ukraynaya əhəmiyyətli və əməli köməyə görə Azərbaycan Respublikasına minnətdarlığımı bildirdim.

Azərbaycanın minatəmizləmə təlimləri keçdiyini vurğulayan siyasətçi həmçinin Bakının istehkam texnikasının istehsalını da etdiyini xatırladıb:

“Azərbaycan bu yaxınlarda piyadaəleyhinə minaların zərərsizləşdirilməsi üçün bu maşınlardan birini Ukraynaya təhvil verib. İndi bu avadanlıq Xarkov vilayətində işləyir!”

Eyni zamanda, Kondtratyuk Azərbaycandan Ukraynaya tankəleyhinə minaların zərərsizləşdirilməsi üçün texnika istəyib:

“Azərbaycan tərəfindən xahiş etdim ki, Ukraynaya tankəleyhinə minaların zərərsizləşdirilməsi üçün maşın verilsin. Ukrayna bu gün dünyanın ən minalanmış ölkəsidir. Biz bu ölümcül təhlükədən insanların həyatını xilas etmək üçün istənilən humanitar yardımı yüksək qiymətləndiririk”.

Xatırladaq ki, ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.