Bir neçə min polşalı fermer Polşanın paytaxtı Varşavanın mərkəzində etiraz aksiyası keçirib.
İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa KİV-ləri məlumat yayıb.
Nümayişçilərin əsas tələbi Avropa İttifaqının (Aİ) “Avropa Yaşıl Sövdələşmə” planından imtina etməsi idi. Bu sənədə əsasən, Aİ ölkələri 2050-ci ilə qədər sıfır xalis istixana qazı emissiyasına nail olmalıdır. Lakin fermerlərin fikrincə, plandakı bir sıra məqamlar onların fəaliyyət sahəsinə mənfi təsir göstərəcək.
Etirazçılar Polşada bu Avropa planından imtina edilib-edilməməsi ilə bağlı referendumun keçirilməsini tələb edirlər.