HƏMAS Türkiyədə gizli baza qurmağı PLANLAŞDIRIRbackend

HƏMAS Türkiyədə gizli baza qurmağı PLANLAŞDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS Türkiyədə gizli baza qurmağı düşünür.

İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti Qəzza zolağında ələ keçirilən sənədlərə istinadən yazır.

Sənədlərdən məlum olub ki, HƏMAS NATO üzvləri də daxil olmaqla qonşu ölkələrdə İsrail hədəflərinə qarşı hücumları koordinasiya etmək üçün Türkiyədə gizli baza, digər ölkələrdə isə terror qrupları yaratmağı planlaşdırırdı.

Plan 3 il ərzində “bir çox ölkədə çoxlu sayda hərbi hücrə və kəşfiyyat məntəqəsi”nin yaradılmasını nəzərdə tuturdu.

Mənbəyə görə, HƏMAS agentləri “təxribat, İsrail Mossad kəşfiyyat zabitləri və komandirlərinin öldürülməsi və adam oğurluğu ilə məşğul olublar”.

“HƏMAS bu planı 7 oktyabr 2023-cü ildə İsrailin işğalından əvvəl həyata keçirməyə başlayıbmı, məlum deyil”, – qəzet qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az