Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Ermənistan nümayəndə heyəti mayın 15-18-də Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasında iştirak etmək üçün orada olacaq.