Gəl-gəl deyən, amma orqanizmə zərərli bahalı MEYVƏ-TƏRƏVƏZLƏR – ŞƏRHbackend

Gəl-gəl deyən, amma orqanizmə zərərli bahalı MEYVƏ-TƏRƏVƏZLƏR – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə tərəvəzlərlə bağlı narazılıqlar intensiv hal alıb. Əsasən xiyar və pomidor məhsullarından şikayətlənən alıcılar bu məhsullarda ənənəvi dadın olmamasından və yad bir qoxunun olmasından şikayət edirlər.

Mövzu ilə bağlı  İnterpress.az-a açıqlamasında qida mütəxəssisi İlkin Şirinov maraqlı faktlar açıqlayıb.

O bildirib ki, torpaq və günəşlə əlaqəsini itirən bu tərəvəzlər insan orqanizmi üçün heç vaxt faydalı qida sayıla bilməz.

“Belə ki, xüsusi istixanalarda yetişdirilən bu cür məhsullar gündəlik qidalanmanın ayrılmaz hissəsinə çevrilib. İstixana şəraitində yetişdirilən  bu pomidorların xarici görünüşü göz oxşasa da, tərkibində faydalı maddələrin olması əvəzinə orqanizmə zərər verəcək kimyəvi dərman yığını var. Bu səbəbdəndir ki, bu cür məhsullar insan orqanizmində onkoloji, ürək-damar, ağciyər xəstəlikləri yarada bilir.

Mövsümündən əvvəl bazarlara çıxarılan bu məhsullarla qidalanma orqanizmin zəhərlənməsi ilə nəticələnə bilər. Belə ki, istixanalarda yetişməmiş kal şəkildə yığılan pomidor, xiyar və digər meyvə-tərəvəzlərin satış nöqtəsinə çatdırılarkən yolda yetişməsi nəzərdə tutulur. Səbəb isə çox sadədir.

İstixanalarda məhsullar yetişmiş formada yığılarsa, tez bir vaxtda xarab olması ilə nəticələnə bilər. Çünki süni şəraitdə yetişdirilən bu cür məhsulların tərkibinə vurulan hormonlar və kimyəvi maddələr normadan bir neçə dəfə artıqdır.

Qışda əksəriyyət insanlar pomidor və xiyar yeyərkən balıq dadını hiss edirlər. Balığın soyuğa davamlı olduğunu nəzərə alıb, pomidor və xiyar məhsullarına balığın genini vurmaqla soyuğa davamlılıq yaradırlar. Ona görə də hər bir meyvə-tərəvəzi mövsümündə yemək daha faydalıdır”, – mütəxəssis bildirib.

Xuraman Etibarlı

İnterpress.az