Kolumbiya Universitetinin tələbəsi diplomu alandan dərhal sonra cırıb.
İnterpress.az xəbər verir ki, Fələstinə dəstək verən Kolumbiya Universitetinin tələbəsi diplom verildikdən dərhal sonra onu parçalara ayırıb.
Bu hadisə mayın 10-da mərasim zamanı baş verib.
Kolumbiya Universiteti onlarla Fələstin tərəfdarı tələbənin İsraildən münaqişəni dayandırmağı tələb edən şüarlar ssləndirməsindən sonra əsas tədbiri – buraxılış mərasimini ləğv etməli olub.
Xuraman Etibarlı
İnterpress.az