Azərbaycanda iki institut ləğv olundu, əvəzinə…backend

Azərbaycanda iki institut ləğv olundu, əvəzinə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (“Azdövsutəslayihə”) və “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu ləğv edilib.

İnterpress.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Qərara əsasən, ləğv edilən institutlar birləşdirilərək “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs yaradılıb.

“Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxs onların hüquqi varisi hesab edilib.