Krım Dövlət Şurası sədrinin birinci müavini dələduzların TORUNA DÜŞDÜ – FOTObackend

Krım Dövlət Şurası sədrinin birinci müavini dələduzların TORUNA DÜŞDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krım Dövlət Şurası sədrinin birinci müavini Yefim Fiks külli miqdarda aldadılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, dələduzlar “qurban” seçdiyi məmura zəng vurub külli miqdarda vəsaitini aldatma yolu ilə ələ keçiriblər.

Ona Mərkəzi Bankın əməkdaşları olduğu iddia edilən zəng gəlib və onu “əmanət hesabına” 45 milyon rubl (841 500 man) göndərməyə inandırıb.

Fiks heç bir sual vermədən fırıldaqçıların bütün göstərişlərinə əməl edib.

Xuraman Etibarlı

İnterpress.az