2023-cü ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı açıqlanıb.
İnterpress.az məlumat verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən Dövlət Statistika Komitəsindən bildirilib ki, 2023-cü ildə ölkə üzrə 1 yaşadək ölən uşaqların sayı 2039 nəfər olub.
Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.