Sabirabadda 3 ay əvvəl itkin düşən şəxsin meyiti kanalda aşkar edilib.
İnterpress.az-ın xəbərinə görə, bu ilin fevral ayında itkin düşən Sabirabad rayon sakini, 63 yaşlı Afət Abbasovun meyiti rayon ərazisindən keçən kanalda aşkarlanıb.
Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.