Masallıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Məlumata görə, qətl hadisəsi kənd ərazisində yerləşən yeməkxanaların birində baş verib.
Belə ki, Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan Seymur Alişanov Vətənə qayıdıb. Aralarında yaranan mübahisəyə aydınlıq gətirmək üçün Aslan Ağazadə Seymurun olduğu yeməkxanaya gedib. O, özü ilə gətirdiyi ov tüfəngi ilə Seymura atəş açaraq onu qətlə yetirib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma davam etdirilir.