Hindistan, Pakistan və Banqladeş 50 dərəcə istidə “YANIR”backend

Hindistan, Pakistan və Banqladeş 50 dərəcə istidə “YANIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan, Pakistan və Banqladeş 50 dərəcə istilərdə “yanır”.

İnterpress.az xəbər verir ki, Hindistanda hava bütün rekordları qırır. Prezident sarayı və Hindistan qapısı Yeni Dehlinin qaynayan havasında ilğıma bənzəyir.

Metropolitendə rekord həddə çatan temperatur qeydə alınıb – demək olar ki, 50-dən yuxarı olub.

Yaxın iki gündə vəziyyət yaxşılaşmayacaq. Ölkənin meteorologiya idarəsi qırmızı rəng kodu təyin edib. Evdən çıxmaq təhlükəsiz deyil.

Şimal-Qərbi Hindistan da alovlanır. Racastan ştatının Çuru şəhəri ötən gün ölkə xəritəsində ən qaynar nöqtə olub. Burada temperatur 50,5 dərəcəyə çatıb.

Hindistanın qərbindəki Şahapur şəhərində sakinlər gündə su üçün 15 kilometrə qədər yol qət etməli olurlar. Quraqlıq və su qıtlığı fonunda buradakı yeganə mənbə quyudur.

Qonşu Pakistanda həftənin əvvəlindən bir neçə bölgədə havanın temperaturu 50 dərəcədən yuxarı qalxıb. Sukkur sakinləri qızmar günəşdən Hind çayının sularında xilas olurlar.

Hindistan və Pakistan sinoptikləri istilərin yalnız iyunun 1-nə kimi azalacağını proqnozlaşdırırlar. Hətta həftənin sonuna qədər az yağış yağacağı ehtimalı var.

Qonşu Cənub-Şərqi Asiyada da temperaturlar həddi keçir. Filippində Pantabanqan şəhəri yaxınlığında susuzluqdan quruyan su anbarının dibində 300 illik şəhərin xarabalıqları üzə çıxıb.

Xuraman Etibarlı

İnterpress.az