Rüşvət alan polkovnik könüllü TƏSLİM OLDUbackend

Rüşvət alan polkovnik könüllü TƏSLİM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin polkovniki rüşvətə görə vicdan əzabı çəkdiyi üçün özü polisə təslim olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Ruysiya Müdafiə Nazirliyinin polkovniki rüşvətə görə vicdan əzabı çəkdiyi üçün özü polisə təslim olub.

Bir neçə il əvvəl hərbi hissəyə dəstək şöbəsinin rəis müavini bir şirkət rəhbərliyinə “qohumbazlıq” müqabilində ona “Skoda Kodiak” almağa eyham vurub. Bir il sonra o, başqa bir şirkətdən bir milyon rubl tələb edib.

Nəhayət, polkovnikə vicdan əzabları hakim olub və depressiyaya düşüb, bundan sonra o, səmimi qəlblə polisə gəlib.

Məhkəmənin hökmü ilə rüşvətxor 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az