Argentina prezidenti Messi ilə bağlı qalmaqala müdaxilə edib və idman departamentinin rəis müavinini işdən çıxarıb.
interpress.az xəbər verir ki, bu barədə “Mileya” məlumat yayıb. Argentina prezidenti Xavyer Mayli ölkənin idman departamentinin rəis müavini Xulio Qarronu vəzifəsindən azad etmək qərarına gəlib.
Bu, Qarronun Argentina milli futbol komandasının kapitanı Lionel Messiyə tələbindən sonra baş verib.
Qarro daha əvvəl Messini Fransa millisinin futbolçularını təhqir edən irqçi mahnılara yol verən milli komanda oyunçularının davranışlarına görə üzr istəməyə çağırıb.
Argentinada idman departamentinin sabiq rəis müavininin sözləri geniş ictimai rezonansa səbəb olub.
“Heç bir hökumətin dünya çempionu olmuş və iki dəfə Amerika Kubokunu qazanan Argentina millisinə nə edəcəyini, nə deyəcəyini və ya düşünəcəyini söyləməyə haqqı yoxdur ”, – Mileya mətbuat xidmətindən sitat gətirir.
Xatırladaq ki, 2024-cü ildə ABŞ-də Kolumbiya millisi ilə Amerika Kubokunun finalından (1:0) sonra argentinalı futbolçular təsadüfən sosial şəbəkələrdə Fransa millisinin futbolçularının ünvanına təhqiramiz sözlər yazılmış mahnı oxuduqları video yayımlayıblar.
Qeyd edək ki, bu videonu yayımlayan yarımmüdafiəçi Enzo Fernandes artıq üzr istəyib. Yəqin ki, futbolçusu olduğu “Çelsi”də ona təzyiq ediblər.
Xuraman Etibarlı
İnterpress.az