Bu gün Parisdə keçiriləcək İsrail-Mali futbol matçının təhlükəsizliyini 1000-ə yaxın fransız polisi təmin edəcək.
interpress.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerar Darmanin məlumat verib.
O bildirib ki, Olimpiya Oyunları çərçivəsində bu gün Parisdə keçiriləcək İsrail-Mali futbol matçının təhlükəsizliyini 1000-ə yaxın fransız polisi təmin edəcək.
Onun sözlərinə görə, təhlükəsizlik səviyyəsinin artırılması oyun zamanı gözlənilən Fələstin tərəfdarı nümayişlərlə bağlıdır.
Xuraman Etibarlı
İnterpress.az