Kim Çen In ağaca çırpılıb.
interpress.az xəbər verir ki, Şimali Koreya lideri 4000 evin su altında qaldığı Sinuiju və Uiju bölgələrində xilasetmə əməliyyatında iştirak edib.
Qayıqçı təsadüfən qayığı ağac budağına çırpıb və Kimin saç düzümü korlanıb.
Xatırladaq ki, Çinlə sərhəddə təxminən 7,4 min hektar kənd təsərrüfatı sahəsi, bir çox ictimai bina və yollar su altında qalıb.
Ən azı beş min insan təxliyə edilib. Çində daşqınlar nəticəsində azı 30 nəfər ölüb, daha 35 nəfər hələ də itkin düşüb.
Xuraman Etibarlı
İnterpress.az