Oğuzda yıxılaraq başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada ölübbackend

Oğuzda yıxılaraq başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.

Belə ki, 2022-ci il təvəllüdlü M.M. yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.

2 yaşlı M. Məmmədov bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.”Report”