“Ən azı yeddi ölkənin təcrübəsi var ki, məğlubiyyətdən sonra dirçəlib və biz də bunu edə bilərik”.
interpress.az xəbər verir ki, bunu erməni siyasətçi Aram Manukyan “Obyektiv” verilişində deyib.
“Beynəlxalq ekspertlər məğlubiyyətdən sonra dirçələn azı yeddi ölkənin təcrübəsini öyrəniblər. Belə ölkələr arasında, məsələn, Çili, Yaponiya, Almaniya, Avstraliya, Finlandiya var. Məni ən çox Yaponiya və Finlandiya nümunələri ilhamlandırdı”, – erməni siyasətçi bildirib.
Mankukyan vurğulayıb ki, bəzi göstəricilərə görə Finlandiya dünyanın digər ölkələrindən daha çox məğlubiyyətə uğrayıb.
“Onlar Sovet İttifaqına qarşı qırxın birə nisbətində vuruşdular, lakin qalib gəldilər. Yerləşdikləri yer, çeviklik, orijinallıq sayəsində qalib gəldilər. Bu zaman finlər silah almaq üçün nikah üzüklərinin təhvil verilməsi kampaniyasına başladılar.
Biz də 1991-ci ildə eyni şeyi etdik. Türkmənistandan qaz aldıq, qaza pulumuz yox idi. Ter-Petrosyanın və Ümumerməni Fondunun səyləri ilə “Qızıl qramı” adlı aksiyaya start verildi. Hər birimiz bir qram qızıl verdik, ziyalılar öndə idi.
Bu, dövlətin rəhbərliyi və təşəbbüsü ilə möhkəmlənməyə gözəl nümunə idi. Biz birləşdik və qazın pulunu ödədik”, – Manukyan qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az