Yaponiya vətəndaşlarını İrana getməməyə çağırdıbackend

Yaponiya vətəndaşlarını İrana getməməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti vətəndaşlarına İrana səyahət etməməyi məsləhət görüb.

İnterpress.az “İraninternational”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yosimasa Xayasi avqustun 6-da paytaxt Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, Tokio İrana səfərlərlə bağlı xəbərdarlığı üçüncü səviyyəyədək qaldırıb. Bu isə həmin ölkəyə “səyahət etmək məsləhət görülmür” anlamına gəlir.

Bildirilib ki, Yaponiyada səyahətlərlə bağlı dörd səviyyə mövcuddur.

Ötən gün isə Yaponiya hökuməti vətəndaşlarını Livandan çıxmağa çağırıb.