Həmas Qəzzanın şimalında və mərkəzində nəzarəti bərpa edib.
interpress.az xəbər verir ki, müvafiq məlumat Müharibənin Öyrənilməsi İnstitutu, Amerika Müəssisəsi İnstitutunun Kritik Təhdidlər Layihəsi və CNN-in birgə hesabatında verilir.
HƏMAS-ın Qəzzanın şimalında və mərkəzində yerləşən hərbi batalyonlarının təxminən yarısı İsrailin 9 aydan çox davam edən hücumuna baxmayaraq, döyüş qabiliyyətinin bir hissəsini bərpa edib.
İyulun 24-də Konqresin birgə iclasında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu əmin etdi ki, HƏMAS üzərində qələbəyə az zaman qalıb, lakin hərbi ekspertlər bunun əksini deyirlər.
HƏMAS-ın hərbi əməliyyatlarının yerdən çəkilmiş görüntülər və ekspertlər və şahidlərin müsahibələri əsasında araşdırılması İsrail liderinin iddialarını şübhə altına alır. HƏMAS-ın iyul ayına qədərki fəaliyyətini əhatə edən araşdırma göstərir ki, Fələstin hərəkatı yerdə azalan resurslardan yaxşı istifadə edir.
Xuraman Etibarlı
İnterpress.az