Dünya İranın cavab addımlarını gözləyərək donub qalıb.
interpress.az xəbər verir ki, bunu erməni İranşünas Vardan Voskanyan yazıb.
“Dünya İranın cavabını gözləyərək donub qalıb: narahatlıqlar, qorxular, gizli danışıqlar, qeyri-müəyyənlik və s.
İran öz gücünə və imkanlarına arxayın olaraq hərəkətlərini sakitcə planlaşdırır.
Cəmi 40 il əvvəl öz raketi belə olmayan bu qədim dövlət və sivilizasiya indi raket fövqəldövləti, nüvə gücünə yaxın dövlətdir, regionda və bəlkə də bütün dünyada ən yaxşı peyk qüvvələri və strukturlarının geniş miqyaslı şəbəkəsinin hökmdarıdır.
İranı sevmək, bəyənməmək, hətta nifrət etmək də olar, amma onun hərəkətlərindən narahat olmamaq və onun qisasından qaçmaq mümkün deyil”, – Voskanyan yazıb.
Xuraman Etibarlı
İnterpress.az