HƏMAS Haniyənin varisinin təyin edilməsi ilə bağlı xəbərləri TƏKZİB ETDİbackend

HƏMAS Haniyənin varisinin təyin edilməsi ilə bağlı xəbərləri TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS Haniyənin varisinin təyin edilməsi ilə bağlı xəbərləri təkzib edib.

interpress.az xəbər verir ki,  bu barədə HƏMAS Siyasi Büro üzvü ər-Rişq bildirib.

“Bəzi media və sosial şəbəkələrdə müəyyən adların hərəkatın rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Hərəkat məsləhətləşmələrin nəticələrini yekunlaşan kimi elan edəcək”, – ər-Rişq deyib.

Xatırladaq ki, bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı Məhəmməd İsmayıl Dərvişin HƏMAS Siyasi Bürosunun müvəqqəti rəhbəri təyin edilməsi barədə məlumat yayıb.

Xuraman Etibarlı

İnterpress.az