Avqustun 7-si saat 8:30-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə İnterpress.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Gədəbəy, Naftalan, Qobustan, Altıağac, Quba, Şabranda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 18 m/s-dək güclənib.
Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.