Səfərbərlikdən yayınaraq Türkiyəyə qaçan ukraynalı intihar edib.
interpress.az xəbər verir ki, bu barədə Böyük Alanya TV məlumat yayıb. Bildirilir ki, Mahmutlarda bir ukraynalı intihar edib.
Alanyanın Mahmutlar rayonunda yaşayan Ukrayna vətəndaşı 36 yaşlı Maksim Xromov avqustun 5-i bazar ertəsi axşam özünü pilləkənlərdən asıb.
Ukraynalı səfərbərlikdən Türkiyədə gizlənib, pul çatışmazlığından depressiyaya düşüb.
Meyit jandarmlar tərəfindən müayinə olunmaq üçün morqa aparılıb, daha sonra yaxınlarına təhvil veriləcək.
Xuraman Etibarlı
İnterpress.az