Fransada polis əməkdaşlarına hədə-qorxu gələn çeçen SAXLANILDIbackend

Fransada polis əməkdaşlarına hədə-qorxu gələn çeçen SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada polis əməkdaşlarına hədə-qorxu gələn Çeçenistan əsilli şəxs saxlanılıb.

interpress.az xəbər verir ki, bu barədə Fransanın “Actu17” nəşri məlumat yayıb.

Avqustun 2-də Fransanın Ormesson-sur-Marn şəhərində, Parisdən bir qədər aralıda, polis əməkdaşlarını hədələyən, bıçaqla silahlanmış çeçenistan əsilli şəxs saxlanılıb.

O, ticarət mərkəzində saxlanılıb, bir neçə dəfə “Allahu Əkbər” qışqırıb.

Təhlükəsizlik xidmətinin çağırdığı hüquq-mühafizə orqanlarının əməkdaşları müqavimətlə üzləşib. Onlar ticarət mərkəzinə gələn bütün ziyarətçiləri təxliyə etmək məcburiyyətində qalıblar.

Hücumun motivi davam edən istintaq zamanı aydınlaşacaq.

Xuraman Etibarlı

İnterpress.az