Deputatlığa namizəd Tənzilə Rüstəmxanlı seçicilərlə ilk izdihamlı görüşünü keçirib – FOTOLARbackend

Deputatlığa namizəd Tənzilə Rüstəmxanlı seçicilərlə ilk izdihamlı görüşünü keçirib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri ,Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Neftçala rayonu Qırmızıkənd kəndində seçicilərlə ilk görüşünü keçirib.

Bu barədə İnterpress.az-a namizədin seçki qərargahından bildirilib.

“Qırmızıkənd mədəniyyət evinə toplaşan seçicilər namizədi coşqu ilə qarşılayıblar. Namizəd əvvəlcə seçicilərin problemlərini dinləyib.

Kənd sakinləri bildiriblər ki, Tənzilə Rüstəmxanlı illərdir QHT sədri olaraq həmişə xalqın problemlərinin həllinə çalışıb. Bu səbəbdən ona etimad göstərir, Neftçalanın problemlərini parlamentdə qaldıracağına və həlli istiqamətində çalışacağına inanırlar.

Daha sonra çıxış edən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, deputatlığa namizəd Tənzilə Rüstəmxanlının vəkilləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri, Azərbaycan Türk Qadınlar Birliyinin sədr müavini, Hüquqşunas Məlahət Qurbanova, öncül təhsil işçisi, yazıçı-publisist Rühəngiz Əşrəfqızı Tənzilə Rüstəmxanlının fəaliyyətindən söz açıb, seçkilərdə aktiv iştirak etməyə cağırıblar.

Tənzilə Rüstəmxanlı çıxış edərək bildirib ki, biz vətənimizi rayonlara, kəndlərə, məhəllələrə bölmürük. Vətəni hissə-hissə deyil, bütöv sevmək lazımdır. Harada Azərbaycan adı varsa, mən oralıyam. Mən Qərbi azərbaycanlı, qarabağlı, şəkili, naxçıvanlı, təbrizli, borçalılı, göyçəliyəm, həm də neftçalalıyam.
Görüşdə iştirak edən seçicilər yekdilliklə Tənzilə Rüstəmxanlını sona qədər dəstəkləyəcəklərini və ona səs verəcəklərini bəyan etdilər”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Tənzilə Rüstəmxanlının seçki qərargahı 70 saylı Neftçala seçki dairəsində “Neftçala üçün birlikdə” devizi altında təbliğat kampaniyası həyata keçirir.