Kim Çen In Rusiyanın Ukraynaya qalib gələcəyinə əmin olduğunu BİLDİRDİbackend

Kim Çen In Rusiyanın Ukraynaya qalib gələcəyinə əmin olduğunu BİLDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kim Çen In Rusiyanın Ukrayna ilə müharibədə qələbə çalacağına əmin olduğunu bildirib.

interpress.az xəbər verir ki, bu barədə KXDR lideri Putinə teleqramında yazıb.

“Dözümlü rus xalqı yoldaş Putinin enerjili rəhbərliyi altında dövlətin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə edəcək, regionda sülhə və beynəlxalq ədalətə nail olmaq üçün müqəddəs müharibədə mütləq qalib gələcəkdir”, – Kim Şen In qeyd edib.

Kim Çen In “ortaq düşmənə qarşı döyüş zamanı iki ölkənin orduları və xalqları arasında qardaşlığın möhkəmləndiyini” vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az