İran ölkədən köç etmək istəyinin pik dövrünü yaşayır.
interpress.az xəbər verir ki, bununla bağlı İran Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi sorğu keçirib. Sorğuya görə, İranda, xüsusən də ixtisaslı mütəxəssislər arasında miqrasiya istəyi kəskin şəkildə artıb.
Bunun səbəbi “çətin psixoloji atmosfer” və iqtisadi çətinliklərdir. Sorğu həkimlər və tələbələr/məzunlar arasında keçirilib.
Respondentlər qeyd edirlər ki, ölkədəki inflyasiyanın onların miqrasiya etmək istəyinə “çox yüksək” təsiri var.
Digər səbəblər arasında Qərb dövlətlərinin İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalar və məhdudiyyətlər qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az