Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində 2 nəfərin liftdə, Nəsimi rayonunda 1, Binəqədi rayonunda 1, Nizami rayonunda 1 və Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
İnterpress.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib, bir nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.