Əməkçi miqrantlara ailələrini Rusiya Federasiyasına gətirməyi qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim olunacaq.
interpress.az xəbər verir ki, bu barədə RİA Novosti müvafiq sənədə istinadən məlumat yayıb.
LDPR-dən olan Dövlət Dumasının bir qrup deputatı bu gün Rusiya vətəndaşlığı olmayan əmək miqrantlarının ailələrini Rusiyaya gətirmək hüququnu məhdudlaşdıran qanun layihəsini təqdim edəcək.
Söhbət Rusiyaya yalnız əmək müqaviləsi və ya patent əsasında gələn və ölkədə yaşamaq üçün başqa qanuni əsasları, məsələn, Rusiya vətəndaşlığı olmayan aşağı ixtisaslı mütəxəssislərdən gedir.
Yüksək ixtisaslı əcnəbi işçilərin ailə üzvləri üçün istisnalar ediləcək.
“Qanun layihəsi nəzarətsiz miqrasiyanın öhdəsindən gəlməyə kömək edəcək”, – deputatlar hesab edirlər.
Xuraman Etibarlı
İnterpress.az