Qarabağın itirilməsi ilə Zəngəzur bölgəsi üçün təhlükələr artıb – Qafan meribackend

Qarabağın itirilməsi ilə Zəngəzur bölgəsi üçün təhlükələr artıb – Qafan meri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağın itirilməsi ilə Sunik (Zəngəzur – red.) bölgəsi üçün təhlükələr artıb.

interpress.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Qafan şəhərinin meri Gevorq Parsyan deyib.

“Necə ki, Zəngəzur Qarabağa dayaq idi, Qarabağ da Zəngəzur üçün dayaq idi və bu gün Qarabağın itirilməsi ilə Zəngəzur bölgəsinə təhlükələr artıb”, – Parsyan bildirib.

O, Qafandan görünən Azərbaycan bayraqlarından danışaraq deyib:

“Biz 2020-ci il dekabrın 18-də baş verən məlum hadisədən sonra Qafanın özünümüdafiəsi zamanı zəbt etdiyimiz strateji yüksəklikləri təhvil verərkən bayraqların olduğunun şahidi olduq”.

O, faşist Njdenin sözlərini sitat gətiib: “Zəngəzur və Qarabağ olmadan Ermənistan mövcud ola bilməz”.

Xuraman Etibarlı

İnterpress.az