Vladimir Putin Beslandakı terror aktı qurbanlarının xatirəsini yad edib.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Putin “Mələklər şəhəri”ni ziyarət edib, abidənin önünə gül dəstəsi qoyub.
Rusiya prezidenti Vladimir Putin avqustun 20-də Beslana gəlib və “Mələklər şəhəri” memorial kompleksini ziyarət edib. Onun ərazisində 2004-cü ildə Beslan 1 saylı məktəbdə baş vermiş terror aktının 334 qurbanından 266-sı dəfn olunub. Bu il faciədən 20 il ötür.
Kremlin mətbuat xidmətinin yaydığı videoda Vladimir Putinin terror aktı qurbanlarının xatirəsinə ucaldılmış “Qədər ağacı” abidəsi önünə gül dəstələri qoyması əks olunub. Prezident diz çöküb və baş əyib.
Xuraman Etibarlı
İnterpress.az