Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunubbackend

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüləri həbs olunub.

Bu barədə İnterpress.az-a DİN Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, paytaxt ərazisində motosikletlərin təhlükəli manevrlər etməsini əks etdirən görüntülər araşdırılıb: “Görülən tədbirlərlə həmin motosikletlərin sürücüləri – R.Məmmədzadə və A.Musazadə müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla R.Məmmədzadə 25, A.Musazadə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər”.