Konqresin Buxarestdə keçirilən iclasında 28 ölkə Kosovonun üzvlüyü lehinə, 24 ölkə əleyhinə səs verib.
2 ölkənin verdiyi səs isə qeyd alınmayıb. Bununla da, Kosovo UEFA-nın 55-ci üzvü olub.
UEFA-dan sonra FİFA da mayın 11-13-ü tarixlərində Meksikada keçirəcəyi iclasda bu ölkənin üzvlüyü məsələsinə baxacaq.
Kosovo respublikası 2008-ci ilin fevralında müstəqilliyini elan edib. Onun müstəqilliyini 100-dən artıq ölkə tanıyıb.
İnterpress.az