Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdırbackend

Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Təşəbbüs Qrupu (BTQ) olaraq biz müstəmləkəçilikdən zərər görən bütün xalqların müstəqillik uğrunda mübarizəsinə dəstək verməyi hədəfləyirik”.

İnterpress.az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatı ilə birgə təşkilatçılıq çərçivəsində keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda rəhbərlik etdiyi strukturdan danışarkən deyib.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu indiyə qədər beynəlxalq ictimaiyyətin Fransanın müstəmləkəçilik siyasətinin nəticələri ilə bağlı informasiyaya malik olması üçün olduqca vacib işlər həyata keçirib:

“Bu vaxta qədər dekolonizasiya probleminə həsr olunan silsilə hesabatlarımız yayımlanıb. Bizim təşkilat Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qviana, Korsika kimi yerlərdə Fransanın müstəmləkəçilik siyasətinin nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində çalışıb

Biz Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq platformalardan istifadə edərək, beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması istiqamətində mütəmadi olaraq çalışırıq. Hesab edirik ki, Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ əsasdır və buna görə də təmin olunmalıdır”.