Türkmənistan və Pakistan birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
interpress.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkmənistan Xarici İşlər Nazirliyinin rəhbəri Meredov Pakistanın “Frontier Works Organization” şirkətinin prezidenti Nazir ilə görüşüb.
Birgə iri layihələrin həyata keçirilməsi və şəhərsalma sahəsində əməkdaşlığın qurulması imkanları müzakirə edilib.
Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və suvarma sistemlərinin tikintisi ilə bağlı məsələlərə də baxılıb.
Frontier Works Organization – hərbi mühəndis təşkilatıdır və Pakistan Ordusunun əsas elmi və texniki komandanlığından biridir. Təşkilatın məqsədlərinə mülki, tikinti, döyüş, struktur və hərbi mühəndislik ilə bağlı layihələr daxildir.
Xuraman Etibarlı
İnterpress.az