Fransa Prezidenti Emmanuel Makron “Telegram”ın qurucusu Pavel Durovun saxlanılmasının siyasi olmadığını deyib.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında paylaşım edib.
“Mən burada Pavel Durovun saxlanılmasından sonra Fransa ilə bağlı yalan məlumat oxuyuram.
Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlığa hər şeydən çox bağlıdır. Bu, belə də qalacaq.
Hüquq dövlətində, real həyatda olduğu kimi sosial şəbəkələrdə də azadlıqlar vətəndaşların müdafiəsi və onların əsas hüquqlarına hörmət edilməsi üçün qanunla müəyyən edilmiş çərçivədə həyata keçirilir.
Qanunun icrasını tam müstəqil şəkildə həyata keçirmək ədliyyə sistemindən asılıdır.
Telegram rəhbərinin Fransa ərazisində saxlanılması davam edən hüquqi araşdırma çərçivəsində baş tutub. Bu heç bir halda siyasi qərar deyil. Qərar vermək hakimlərin işidir”, – paylaşımda qeyd edilib.