Moskvada HHM obyektlərini çəkmək üçün dron uçuran diversantlar SAXLANILDIbackend

Moskvada HHM obyektlərini çəkmək üçün dron uçuran diversantlar SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada hava hücumundan müdafiə obyektlərini çəkmək üçün PUA-ları işə salan diversantlar saxlanılıb.

interpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Məlumatına görə, avqustun 24-dən 25-nə keçən gecə Yeni Moskvada obyektlərdən birinin yaxınlığında qadın və kişi saxlanılıb.

Termal kameradan istifadə edərək sahədə gəzən kişi və qadın obyektin yerini lentə almaq üçün dron uçurtmağa çalışan zaman saxlanılıblar.

Həbs hərbçilərlə birlikdə polis əməkdaşları tərəfindən həyata keçirilib.

Saxlanılan şəxslər FTX əməkdaşlarına təhvil verilib.

Xuraman Etibarlı

İnterpress.az