Ruslar ağır itkilər verir.
interpress.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.
O deyib ki, Kursk əməliyyatı zamanı Ukrayna qoşunları artıq 1294 kvadratmetr ərazini işğal ediblər ki, bu da ruslara əhəmiyyətli itkilər verib,
“Biz Rusiya qoşunlarına Kursk vilayətində 1294 kvadrat kilometr əraziyə və ümumilikdə işğal olunmuş 100 yaşayış məntəqəsinə əhəmiyyətli itkilər verərək irəliləməyə (Kurska doğru) davam edirik”, – baş komandan bildirib.
Sirski əlavə edib ki, Kursk istiqamətində 30 minə yaxın rus əsgəri yerləşdirilib, lakin Rusiya Pokrovski istiqamətində təzyiqləri artırır.
Bundan əvvəl Belqorod qubernatoru Vyaçeslav Qladkov Ukrayna silahlı qüvvələrinin Belqorod vilayətinin sərhədini keçməyə cəhd etdiyini bildirmişdi.
“Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə vəziyyət çətin olaraq qalır, lakin bizim hərbçilər tərəfindən idarə olunur”, – o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az