İsrail Özbəkistan və Tacikistana yeni fövqəladə və səlahiyyətli səfiri TƏYİN ETDİbackend

İsrail Özbəkistan və Tacikistana yeni fövqəladə və səlahiyyətli səfiri TƏYİN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gideon Lustiq İsrailin Özbəkistan və Tacikistandakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

interpress.az xəbər verir ki, bu barədə “UzDaily.uz” məlumat yayıb.

Lustiqi bu vəzifədə 2024-cü ilin iyulunda Özbəkistandakı diplomatik missiyasını başa vuran Ben-Hillel əvəzləyib.

Gideon Lustiq İsrailin Parisdəki səfirliyində siyasi məsələlər üzrə nazir müşaviri (2018-2021), həmçinin İsrailin Haaqadakı səfirliyində missiya rəhbərinin müavini (2016-2018) və San-Fransiskodakı baş konsulun müavini (2009) vəzifələrində çalışıb.

Diplomatik karyerasına başlamazdan əvvəl Lustiq 10 il İsrail ordusunda zabit kimi xidmət edərək mayor rütbəsinə nail olub.

Xuraman Etibarlı

İnterpress.az