Olimpiadada dini jest edən idmançı AĞIR CƏZALANDIRILDIbackend

Olimpiadada dini jest edən idmançı AĞIR CƏZALANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cüdo Federasiyası serbiyalı idmançını 5 ay müddətinə yarışlardan kənarlaşdırıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilir ki, Beynəlxalq Cüdo Federasiyası serbiyalı idmançı  Nemanya Majdovu 5 ay müddətinə yarışlardan kənarlaşdırıb.

Səbəb rəsmi müsabiqədə dini jest nümayiş etdirməsidir. Maydov Olimpiya Oyunlarında döyüşə girərkən xaç çəkib.

İdmançı etdiyi hərəkətə görə üzr istəməyib, ona bütün turnirlərdə, təlim-məşq toplanışında və məşqdə iştirak etmək qadağan edilib.

“Təbii ki, müdafiə çıxışımda bunun üçün üzr istəmək istəmədim. Mən bunu heç vaxt etməyəcəyəm.

Rəbb mənə hər şeyi verdi, mənim üçün o bir nömrədir. Bu heç bir şəraitdə dəyişməyəcək. Cüdo kimi gözəl və çətin idman növünün belə şeylərə düşməsinə təəssüf edirəm”, – idmançı bildirib.

Xuraman Etibarlı

İnterpress.az

.